AZ

Məhkəmə Yekaterinburqda saxlanılan Şahin Lalayevin həbs müddətini uzatdı

Yekaterinburq şəhərində OMON qüvvələri tərəfindən saxlanılan, əvvəlki illərdə qətl törətməkdə şübhəli bilinən daha bir azərbaycanlı - Şahin Lalayev barəsində həbs qətimkan tədbiri seçilib.
 
Moderator.az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
 
"Təqsirləndirilən şəxs barəsində iyulun 19-dək həbs qətimkan tədbiri seçilsin", - deyə hakim bildirib.
 
Lenin Rayon Məhkəməsində Şahin Lalayev ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.
 
Xatırladaq ki, iyunun 29-da məhkəmə Ayaz, Akif və Məzahir Səfərovların barəsində həbs-qətimkan tədbiri seçib, iyulun 1-də isə Bəkir Səfərov və Əhliman Gənciyev həbs olunublar.
 
Rusiya Federasiyasının Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinin mətbuat xidməti onların 2001, 2010 və 2011-ci illərdə bir sıra qətllərdə iştirakda şübhəli bilindiyini qeyd edib.
Seçilən
33
39
moderator.az

10Mənbələr