Yazını böyüt
Yazını kiçilt
"Borussiya" ABŞ-də keçirilən FIFA Klublararası dünya çempionatının səkkizdəbir final mərhələsində Meksikanın "Monterrey" klubuna qalib gəlib.
Hafta.Az xəbər verir ki, oyun 2:1 hesabı ilə başa çatıb.
Dortmund təmsilçisinin heyətində Seru Girassi dubl ilə yadda qalıb, "Monterrey"in yeganə qoluna isə Herman Berterame imza atıb.
Beləliklə, "Borussiya" turnirin dörddəbir final mərhələsində "Real Madrid"ə rəqib olub. Görüş iyulun 5-də baş tutacaq.