AZ

Husilər İsrailə raket hücumu edib Ask ChatGP

BAKI, TurkicWorld

Husilər İsrailə raket hücumu təşkil edib- Müdafiə sistemləri raketi zərərsizləşdirib.

TurkicWorld xəbər verir ki, İranın dəstəklədiyi Yəmənli husilər İsrailin müxtəlif bölgələrinə raket hücumu həyata keçirib.

İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, raket ölkənin hava hücumundan müdafiə sistemləri tərəfindən havada zərərsizləşdirilib.

Hücum nəticəsində İsrailin bir neçə bölgəsində hava hücumu xəbərdarlıq sirenləri səslənib. Hücumun məsuliyyətini üzərinə götürən husilərin hərbi sözçüsü Yəhya Sare bildirib ki, hücumun əsas hədəfi Ben Qurion hava limanı olub və burada hipersonik ballistik raket istifadə edilib. Sare, eyni zamanda İsrailin 3 fərqli bölgəsinə pilotsuz təyyarələrlə zərbələr endirildiyini də deyib.

Husi sözçüsü iddia edib ki, hücum hava limanı fəaliyyətinin dayandırılmasına və milyonlarla insanın sığınacaqlara qaçmasına səbəb olub.

Qeyd edək ki, Yaxın Şərqdə İran və İsrail arasında artan hərbi gərginlik fonunda husilərin İsrailə raket və PUA hücumları son aylarda intensivləşib. İsrail isə bu cür hücumlara qarşı hava hücumundan müdafiə sistemlərini maksimum hazırlıq səviyyəsində saxlayır.

Seçilən
14
48
turkic.world

10Mənbələr