AzVision.az xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel “Die Zeit” nəşrinə müsahibəsində belə deyib.
“Dialoq olmadan bu münaqişə, şübhəsiz ki, bitməyəcək. Soyuq Müharibə dövründə ölkələr arasında qarşılıqlı fəaliyyət təcrübəsi Rusiyanın qarşısının alınmasına kömək etməli və eyni zamanda Moskva ilə diplomatik təmaslara dəstək olmalıdır”,- Almaniya hökumətinin sabiq rəhbəri bildirib.
Maraqlıdır ki, iyunun əvvəlində Merkel demişdi ki, Qərbdən Rusiya prezidenti Vladimir Putinə“inandırıcı cavab” vermək üçün Avropa İttifaqı və ABŞ bir mövqedən çıxış etməlidir.
Onun fikrincə, Qərb hətta münaqişə bitəndən sonra da Ukraynaya yardımı davam etdirməli və respublikanın müdafiə qabiliyyətini artırmalıdır. Angela Merkelin ididasına görə, Qərbin hazırda mövcud olduğu formada saxlanması prinsipial əhəmiyyət kəsb edir.
Sahil İsgəndərov
AzVision.az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta