Azərbaycanda "Sputnik Azərbaycan" xəbər agentliyi ilə bağlı heç bir şikayət daxil olmayıb.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
“Diqqəti cəlb etmək istəyirəm ki, bütün bu illər ərzində bu media orqanı fəaliyyət göstərib, onun platformasında çalışanların əksəriyyəti Azərbaycan vətəndaşları olub, Rusiya Federasiyasının vətəndaşları olub. Azərbaycan tərəfinin bu media orqanı ilə bağlı nə formada, nə də məzmunda heç vaxt şikayəti olmayıb”.
Nigar,
Sitat.info