ain.az, Redaktor.az saytına istinadən bildirir.
Tut giləmeyvəsinin ac qarına istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər.
Redaktor.az xəbər verir ki, bu barədə ümumi praktikant həkim Elena Pavlova NEWS.ru-ya açıqlamasında xəbərdarlıq edib.
Pavlova bildirib ki, tut tərkibində B, C, K2 vitaminləri, kalium, maqnezium, dəmir və antioksidantlar olan faydalı bir giləmeyvədir. O, ürək-damar sistemini, görmə qabiliyyətini və immuniteti dəstəkləyir, həmçinin liflə zəngin olduğu üçün həzmi yaxşılaşdırır.
Lakin həkimin sözlərinə görə, bu giləmeyvənin acqarına və xüsusilə də böyük miqdarda qəbulu təhlükəli nəticələrə səbəb ola bilər. “Tut acqarına yeyildikdə həzm pozğunluğu, ürəkbulanma, ishal və qusma kimi zəhərlənmə əlamətləri yarana bilər”, - deyə Pavlova vurğulayıb.
Aytəkin TOFİQQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.