AZ

İran yeni ittifaq axtarışında: Əraqçi Səudiyyə Ərəbistanına məktub yazdı

BAKI, 2 iyul. TELEQRAF

İran xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanından olan həmkarı Fəysəl bun Fərhana Tehranın regional ittifaqın qurulması niyyətinin ehtiva olunduğu məktub yazıb.

Teleqraf xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Nəşr bildirir ki, İsrail və ABŞ-nin İrana hücumlarından sonra Tehran Yaxın Şərqdə özünə dayaqlar axtarmağa başlayıb.

Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin bəyanatına görə, Əraqçinin Ər-Riyada verdiyi mesaj bütün sahələrdə əlaqələr və onları dəstəkləmək və inkişaf etdirmək yollarından bəhs edir. Bəyanatda deyilir ki, bu, Səudiyyə Ərəbistanında aşağı səviyyəli görüş zamanı İran nümayəndəsi tərəfindən Ər-Riyada verilib.

İsrail nəşri qeyd edir ki, bu mesaj Abbas Əraqçinin Livanın “An-Nahar” qəzetində dərc etdirdiyi məqalədəki fikirləri ilə üst-üstə düşür. Nazir orada bildirmişdi ki, ötən ay baş vermiş müharibə Yaxın Şərqdə hərtərəfli diplomatiya üçün yeni pəncərə açır. Əraqçi İsraili yeni hücumlardan çəkindirmək məqsədilə İslam ölkələri arasında birliyə çağırmışdı.

Seçilən
25
50
teleqraf.com

10Mənbələr