AZ

CHP-dən Kamal Kılıçdaroğlunun çıxarılması iddiasına aydınlıq gətirildi

Keçmiş CHP sədri Kamal Kılıçdaroğlunun partiyadan çıxarılacağı iddiası böyük səs-küyə səbəb olsa da, partiya mənbələri bu məsələyə aydınlıq gətirərək bu iddiaları təkzib ediblər. Həmçinin CHP-nin qurultayla bağlı mövqeyi və yol xəritəsi də açıqlanıb.

News365.az xəbər verir ki, CHP-nin 38-ci Qurultayının məhkəmə prosesi çərçivəsində “mütləq batil” və “qayum təyin olunması” ehtimalı müzakirə edilir. Kamal Kılıçdaroğlunun bu barədəki açıqlamaları isə partiya daxilində gərginliyə səbəb olub. Ancaq onun partiyadan çıxarılacağı ilə bağlı iddiaları CHP-yə yaxın mənbələr təkzib edib.

Habertürk-ün Mahir Kılıç-a istinadla yaydığı məlumata görə, CHP rəhbərliyi qurultayla bağlı danışmamaq qərarı verib. 8 sentyabra təxirə salınan məhkəmə prosesi ilə bağlı edilən açıqlamaların partiya daxilində yorğunluq və narahatlıq yaratdığı müəyyən olunub.

“Kamal bəyə qarşı həddindən artıq reaksiya var”

Partiya daxilində Kamal Kılıçdaroğluna qarşı yönələn tənqidlərə dair isə mənbələr bildiriblər: “Kamal bəyə qarşı ciddi və həddindən artıq reaksiya var. Bu, partiya daxilində həssaslıq və parçalanma yaratmamalıdır.” Gələcəkdə Kılıçdaroğlu ilə bağlı şərhlərdən uzaq durulacağı vurğulanıb.

“Kılıçdaroğlunun partiyadan çıxarılması gündəmdə deyil”

13 il partiya sədri olan və son prezident seçkilərində CHP-nin namizədi kimi irəli sürülən Kılıçdaroğlunun partiyadan çıxarılmasının gündəmdə olmadığı qeyd olunub. CHP-li mənbələr bildiriblər: “Bu, onun üçün ən böyük şərəf idi. Siyasi karyerasını qorumaq onun öz əlindədir. Ağıllı davranmalıdır. Bizim gözləntimiz onun Hikmət Çətin kimi davranmasıdır.”

Kısacası, Kılıçdaroğlunun CHP-dən uzaqlaşdırılması hazırda mümkün görünmür. Partiya rəhbərliyi isə məsələ ətrafında ehtiyatlı mövqe sərgiləyir.

Seçilən
14
45
news365.az

10Mənbələr