Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Saratov vilayətində mühüm obyektə zərbələr endirib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, zərbə "Saratovorgsintez" ASC-nin neft emalı zavoduna endirilib.
Məlumata görə, rus işğalçıları sözügedən zavoddan Ukraynaya qarşı döyüşən bölmələrini yanacaq-sürtkü materialları ilə təmin edirdilər.
Zərbə nəticəsində zavoddakı texnoloji qurğular zədələnib, yanğın baş verib.
Hücumun hansı vasitələrlə həyata keçirildiyi barədə məlumat verilməyib.