ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinə yekun vurulub.
Viral.az xəbər verir ki, bu raundun son matçında Almaniyanın “Borussiya Dortmund” və Meksikanın “Monterrey” komandaları üz-üzə gəliblər.
Rəqibini 2:1 hesabı ilə məğlub edən Dortmund təmsilçisi 1/4 finalda İspaniyanın “Real Madrid” klubuna rəqib olub.
Son Yazılar:
- 1/4 final mərhələsində “Real”ın rəqibi məlum oldu
- Kişilər arasında “səssiz xəstəlik” sürətlə yayılır
- Bu şəxslər avokadodan uzaq dursun!
***
ABŞ-nin ev sahibliyi etdiyi klublararası dünya çempionatında 1/8 final mərhələsinin növbəti oyunu keçirilib.
Viral.az xəbər verir ki, İspaniya nəhəngi “Real Madrid” İtaliyanın “Yuventus” komandası ilə qarşılaşıb. Görüş “kral klubu”nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 54-cü dəqiqədə Qonzalo Qarsiya vurub.
“Real Madrid” bu qələbə ilə adını 1/4 finala yazdırıb. Madrid təmsilçisinin növbəti mərhələdə rəqibi bu gecə keçiriləcək “Borussiya Dortmund” (Almaniya) – “Monterrey” (Meksika) oyununun qalibi olacaq.
Qeyd edək ki, klublararası dünya çempionatına iyulun 13-də yekun vurulacaq.