AZ

Rusiya XİN dən Azərbaycana etiraz

ain.az, Dogru.az portalına istinadən məlumat yayır.

Doğru.az xəbər verir ki, Rusiyanın Xarici İşlər Nazirliyi Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayevə etiraz bildirib.

Nazir müavini Mixail Qaluzinlə görüşdə Bakının qeyri-dost addımları və ikitərəfli münasibətləri pozmağa yönəlmiş davranışları ilə bağlı narazılıq ifadə olunub.

Görüş zamanı Rusiya tərəfi Bakıda saxlanılan rusiyalı jurnalistlərin azad olunması ilə bağlı şifahi nota da təqdim edib.

Xatırladaq ki, daha əvvəl İnformasiya Sferasında İnsan Hüquqları Şurası da Sputnik Azərbaycan əməkdaşlarının azadlığa buraxılmasına çağırış etmişdi.

DOĞRU.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
48
50
dogru.az

10Mənbələr