Qarabağ Dirçəliş Fondu “Setline” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Valyuta.az xəbər verir ki, şirkət “Qarabağ gecəsi” xeyriyyə konsertinin təşkili ilə bağlı keçirilən satınalma müsabiqəsinin qalibi seçilib.
Konsertin təşkili üçün şirkətin qiymət təklifi 35 805,92 manat olub.
“Setline” şirkəti 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 125 manatdır. Şirkətin qanuni təmsilçisi Cəfərov Samir Tahir oğludur.
“Qarabağ gecəsi” xeyriyyə konserti iyulun 8-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək. Bu barədə Qarabağ Dirçəliş Fondunun rəsmi saytında qeyd edilib.
Hüseyn