Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakı, 1 iyul, AZƏRTAC
ABŞ-ın “İnter Mayami” klubu argentinalı ulduz futbolçusu Lionel Messi ilə müqavilənin müddətini uzatmaqda maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, hər iki tərəf müqavilənin yenilənməsinin tərəfdarıdır. Hazırda bununla bağlı danışıqlar gedir.
Lionel Messinin ABŞ klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin sonunda başa çatacaq. Təcrübəli futbolçu 2023-сü ildən MLS təmsilçisində çıxış edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.