“Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakıdakı filialı olan “Sputnik Azərbaycan” ofisində Daxili İşlər Nazirliyi tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 7 nəfər saxlanılıb. Bu barədə hökumətə yaxın mənbələr məlumat verib.
Mənbənin bildirdiyinə görə, onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq və cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə cinayət işi açılıb. Saxlanılanlardan 2 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, digər 5 nəfər isə cinayət məsuliyyətinə cəlb olunub.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
N.Təbrizli