Unikal.az saytından alınan məlumata görə, ain.az bildirir.
"01.07.2025-ci il tarixində saat 11:00 radələrində Goranboy rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər (1-i kişi, 1-i qadın cinsli olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar".
Bu barədə "Unikal"a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, onlara sağ çiyin bazu sümüyünün başının sınığı və sağ bud sümüyünün orta üçdə birinin qəlpəli sınığı diaqnozu təyin olunub.
"Hazırda hər ikisinin müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir".
***12:01
Goranboyda ekskavatorla minik maşını toqquşub.
"Unikal"ın məlumatına görə, hadisə Goranboy-Ağcakənd avtomobil yolunun rayonun ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan "Hyundai" markalı ekskavatorla "Mercedes" markalı minik maşını toqquşub. Qəza zamanı minik maşınının sərnişinləri - 1955-ci il təvəllüdlü N.Hümbətov və 2004-cü il təvəllüdlü Ş.Hümbətbəyli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Goranboy rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.