AZ

Rusiya polisinin etnik ikili standartları

Əfqanıstanlı körpəni yerə çırpan Belarus vətəndaşına qarşı hörmətlə davranan Rusiya polisi, azərbaycanlılara qarşı qəddarlığın etalnonu yüksəldir.

Keçən günlərdə Rusiya-Moskva Şeremetyevo hava limanında 18 aylıq əfqan körpəni anasının gözləri önündə yerə çırpan belaruslu Vladimir Vitkov saxlanıldı. Polis ona qarşı hörmətlə və qanuni prosedura uyğun davrandı, heç bir zorakılıq tətbiq olunmadı. Hadisə cinayət kimi araşdırılır, ictimaiyyətə məlumat verilir və məhkəməyə çıxarılır.

Amma…

Yekaterinburqda isə tam tərsi baş verdi:

Polis, azərbaycanlı əsilli vətəndaşların evlərinə reyd etdi. 50-dən çox şəxs saxlanıldı, Ziyəddin və Hüseyn Səfərov qardaşları isə şiddətli işgəncələrlə öldürüldü. Zərərçəkənlərdən biri bildirib ki, onlara elektroşokla, qandallarla və döyülməklə ağır işgəncə verilib. Məhkəməsiz, sübutsuz, cinayət olmadan… yalnız milli kimliyə görə.

Bu iki hadisə göstərir ki, Rusiya hüquq sistemi etnik, dini və milli ayrı-seçkilik əsasında fərqli davranır. Əgər sən avropalı və ya xristiansansa, cinayət törətsən belə, insan kimi davranılır. Amma türksənsə, müsəlmansansa, qurban olsan belə işgəncə və ölüm gözləyir səni.

Bu, artıq hüquq deyil – bu, sistematik irqçilik və rus imperiyasının türk düşmənçiliyinin bariz nümunəsidir.

Seçilən
16
50
vaxt.az

10Mənbələr