AZ

Mask ABŞ-da yeni siyasi partiya üçün ad təklif edib

Bakı, 1 iyul, AZƏRTAC

ABŞ Prezidenti Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini bir daha tənqid edən İlon Mask ölkədə yeni siyasi partiya üçün ad təklif edib.

AZƏRTAC xəbər verir ki, İlon Mask bu barədə özünün sosial media hesabında yazıb. Onun sözlərinə görə, Birləşmiş Ştatların yeni partiyaya ehtiyacı var və əgər bu çılğın qanun layihəsi qəbul edilərsə, ertəsi gün “Amerika” adlı yeni partiya qurulacaq.

Bir müddət öncə, Mask hazırda amerikalıların “birpartiyalı dövlətdə yaşadığını” iddia edərək ölkədə yeni siyasi partiyanın yaradılmasını tələb etmişdi.

Qeyd edək ki, son zamanlar ABŞ administrasiyasının xərclərin azaldılması siyasətini tənqid edən İlon Maskla Prezident Donald Tramp sosial mediada bir-birinin ünvanına sərt sözlər yazıblar. Amerikalı milyarder daha sonra prezident haqqında işlətdiyi bəzi ifadələrdən peşman olduğunu bildirib.

Seçilən
3
27
azertag.az

10Mənbələr