AZ

Səfərov qardaşlarının nəşlərinin ekspertiza NƏTİCƏLƏRİ: “Qaraciyər və dalaq cırılıb-dağılıb”

“Hüseyn və Ziyəddin Səfərov qardaşlarının nəşi xüsusi komissiya tərəfindən müayinə olunub”.

Oxu.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin sədri Ədalət Həsənov deyib.

O bildirib ki, müayinədən öncə onların ölüm haqqında tibbi şəhadətnaməsi təqdim olunub:

“Rusiyada məhkəmədə meyitlər ayrı-ayrı ekspertlər tərəfindən müayinə olunub və ölümün səbəbi müxtəlif yazılıb. Ekspertiza rəyində Ziyəddinin ürəktutmasından, Hüseynin isə sadəcə, travmadan öldüyü qeyd edilib. Hüseynin meyitinə verilən rəydə göstərilib ki, küt alətlə travmadan dünyasını dəyişib. Amma hansı şəraitdə öldüyü guya bilinmir.

Amma biz meyiti xarici müayinə edərkən bədən üzvlərinin yerdəyişən sınığı, döş qəfəsinin sınığı, başın sol almacıq sümüyünün sınığı, böyük bir sahənin hematoması, alt və üst dodaqların selikli qişasında qançırlar, alının sol və sağ qaşüstü nahiyəsində sıyrıqlar, döş qəfəsinin arxa hissəsində qançırlar, sol xayalarında qançır aşkar edildi. Ona xüsusi küt alətlə xəsarətlər yetiriblər.

Hər iki budun üzərində qançır və hematomaları, sol bel nahiyəsinin genişölçülü sıyrığı ilə qəbul etdik.

Daxili müayinə zamanı isə baş dərisinin iç səthinə qansızmalar, baş beyinin sərt və yumşaq qişasında qansızmalar, qabırğalarında çoxsaylı yerdəyişmiş sınıqlar aşkar edildi. Hər iki tərəfdə qabırğaları 7-8 yerdən sınmışdı. Qabırğa sınığı ağciyəri zədələyib. Ağciyərin kəsilmiş-cırılmış yaraları aşkarlandı. Diafraqmada da küt travma və cırılma var idi. Qaraciyər və dalaq cırılıb-dağılıb. Qarın boşluğunda peritonit əlaməti aşkarlandı. Qarın boşluğunda qan qopması aşkar edildi”.

 

Xatırladaq ki, iyunun 27-si səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərdə əməliyyat keçirib. Əməliyyat zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb. Həlak olan şəxslərin tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşları – Hüseyn və Ziyəddin – olduğu bildirilir.

 

Seçilən
4
50
editor.az

10Mənbələr