Türkiyə Super Liqası təmsilçilərindən “Beşiktaş” “Roma”nın forvardı Temmi Abrahamı transfer edib.
KONKRET.az apa-ya istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İngiltərəli hücumçu bu gün tibbi müayinədən keçmək üçün İstanbula gəlib.
Qeyd edək ki, Abraham son mövsümü icarə əsasında “Milan”da keçirib.