BAKI, TurkicWorld
ABŞ-da xalqı təmsil edən yeni bir siyasi partiya yaratmağın vaxtıdır.
TurkicWorld xəbər verir ki, amerikalı iş adamı və “X” sosial platformasının sahibi Elon Mask ABŞ-da mövcud iki partiyalı sistemə alternativ olaraq “xalqı düşünən” yeni siyasi partiyanın yaradılmasını təklif edib.
Bu ideya Donald Trampın təklif etdiyi və “Bir Böyük Gözəl Qanun layihəsi” adlandırılan yeni vergi endirimi planını sərt şəkildə tənqid etdikdən sonra gündəmə gəlib.
Mask qanun layihəsinin ölkənin federal xərclərini “ağılasığmaz” dərəcədə artıracağını bildirərək, Demokrat və Respublikaçıların birlikdə formalaşdırdığı “təkpartiyalı sistemin” artıq xalqı təmsil etmədiyini iddia edib.
“Əgər bu qanun qəbul edilərsə, sabahdan ‘Amerika Partiyası’nı yaratmağa başlayacağam”, – deyə Mask öz platformasında qeyd edib. O, iyun ayında “X”də keçirdiyi sorğunun nəticələrinə əsaslanaraq, ABŞ vətəndaşlarının təxminən 80 faizinin yeni partiya ideyasını dəstəklədiyini bildirib və bunun “xalqın iradəsi” olduğunu vurğulayıb.
Qeyd edək ki, Maskın bu çıxışları, ABŞ sabiq prezidenti Donald Trampla münasibətlərində gərginliyə səbəb olub. Tramp Elon Maskın açıqlamalarına cavab olaraq, onun davranışından “məyus olduğunu” söyləyib. Mask isə buna cavab olaraq bildirib ki, “Mən olmasaydım, Tramp seçkiləri uduzardı.”
Mask həmçinin Trampı “büdcə kəsirini daha da dərinləşdirməkdə” ittiham edib və ABŞ prezidenti haqqında Jeffrey Epstein işi ilə əlaqəli məqamları da gündəmə gətirərək, Trampın adının müvafiq sənədlərdə keçdiyini iddia edib.