Bakı. Trend:
İyulun 2-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilənməlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabirgüclənəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-29° isti olacaq.Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə60-70 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağışyağacağı, şimşək çaxacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlardaqısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrıyerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-32° isti,dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.