Bakı, 1 iyul, AZƏRTAC
Prezident Donald Tramp özünün sosial media hesabında ABŞ Hökumətinin Səmərəliliyi Departamentini (DOGE) əvvəllər həmin quruma rəhbərlik etmiş milyarder İlon Maskın biznesini yoxlamağa çağırıb.
AZƏRTAC xəbər verir ki, ABŞ dövlət başçısının bu bəyanatı milyarderin xərclər və vergilər barədə qanun layihəsini tənqid etməsi fonunda səslənib.
Donald Trampın fikrincə, İlon Maskın şirkətləri dövlətin subsidiyaları hesabına fəzaya peyklər buraxmasaydı və elektrik avtomobilləri istehsalı etməsəydi, ABŞ həmin sərvətə qənaət etmiş olardı. Prezident, həmçinin vurğulayıb ki, əgər bu subsidiyalar olmasaydı, Mask mağazalarını bağlayıb vətəni Cənubi Afrika Respublikasına qayıdardı.