AZ

Mask yeni partiya yaratmağa çağırdı


Amerikalı biznesmen İlon Mask ABŞ Prezidenti Donald Trampın dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini bir daha tənqid edərək, ölkədə yeni siyasi partiyanın yaradılmasına çağırıb.
Yeniuavaz.com
xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsində bildirib.
“Borc tavanını rekord miqdarda - 5 trilyon dollar artıran bu qanun layihəsinə sərf edilən çılğın xərclər bizim bir partiyalı dövlətdə yaşadığımızı açıq şəkildə göstərir”, - Mask qeyd edib.
O, əlavə edib ki, artıq insanların öz qayğılarına qalacağına inandıqları yeni siyasi partiyanın vaxtıdır.
Mask hətta ABŞ-də yeni siyasi partiyanın mümkün adı ilə bağlı təklif də irəli sürüb.  
“Əgər bu çılğın qanun layihəsi qəbul olunarsa, ertəsi gün Amerika Partiyası yaradılacaq”, - Mask bildirib.
Qeyd edək ki, amerikalı biznesmen Ağ Evin hökumət xərclərinin azaldılması ilə bağlı qanun layihəsini ilk dəfədir ki, tənqid etmir. İyunun 5-də Tramp və Mask sosial mediada bu barədə sərt açıqlamalar veriblər.
Mask daha sonra Tramp haqqında yazdığı bir neçə mesajdan peşman olduğunu bildirib.
Seçilən
6
21
yeniavaz.com

10Mənbələr