AZ

Tramp Mask savaşının PƏRDƏARXASI

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İlon Mask indiyə qədər dövlətin ən çox subsidiya verdiyi adam olub.

"Cebheinfo.az" xəbər verir ki, Donald Tramp özünün “Truth Social” adlı sosial şəbəkədə paylaşım edib.

“İlon Mask bəlkə də tarixdə ən çox subsidiya alan insandır. O subsidiya olmasaydı, çox güman ki, “dükanını” bağlayıb doğma evinə, Cənubi Afrikaya dönərdi".

Tramp əlavə edib ki, İlon Mask onun elektromobillərə qarşı olduğunu yaxşı bilirdi, amma buna baxmayaraq, onu prezidentlik yarışında dəstəklədi.

ABŞ Prezidenti bildirib ki, artıq nə raket buraxılışları, nə peyklər, nə də elektromobil istehsalı olacaq və bununla da dövlətin pulu boş yerə xərclənməyəcək.

O, həmçinin İlon Maskın fəaliyyətinə “daha yaxından baxmağı” təklif edib.

Mask ABŞ Prezidentinin paylaşımına cavab olaraq "X"-də yazıb ki, “dövlət borcunun yuxarı həddinə çatmaq, hökuməti israfçılığa son qoymağa və dələduzluqları dayandırmağa məcbur edəcək yeganə real səbəbdir”.

Maskla Trampın münasibətləri niyə soyuyub?

İlon Mask bir müddət əvvəl ABŞ federal hökumətində işin səmərəliliyini artırmaqla məşğul olan qurumun (DOGE) koordinatoru idi və ictimai əsaslarla xüsusi statuslu dövlət qulluqçusu kimi çalışır və Trampın yaxın çevrəsində yer alırdı.

Amma Amerikan mediasının yazdığına görə, son həftələrdə onların münasibətləri arxa planda soyumağa başlayıb. Buna səbəb Maskın bəzi biznes maraqları olub.

Mask dövlət qulluğundan ayrıldıqdan sonra onlar sosial şəbəkələrdə açıq şəkildə bir-birilərinə sərt cavablar verməyə başlayıblar.

Daha sonra Mask Tramp haqda dediyi sərt sözlərə görə peşman olduğunu desə də, iyunun 28-də dövlət xərclərinin azaldılması ilə bağlı qanun layihəsi Senata çıxarılmazdan öncə həmin sənədi bir daha tənqid edib.

Səbinə Uğur

"Cebheinfo.az"

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
50
cebheinfo.az

10Mənbələr