Kazan hava limanı müvəqqəti olaraq təyyarələri göndərmir və qəbul etmir.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
"Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Kazan hava limanında onların qəbulu və buraxılmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir. Təyyarələrin ekipajları, aviadispetçerlər və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görürlər”.