ain.az, Azertag portalına istinadən məlumat verir.
Roma, 30 iyun, AZƏRTAC
İtaliyanın Milan şəhərində 192 metr hündürlüyündəki göydələnin damındakı reklam lövhəsi çöküb.
AZƏRTAC xəbər verir ki, məşhur memar Zaha Hadidin layihəsi olan 44 mərtəbəli göydələnin damındakı reklam lövhəsinin çökməsi nəticəsində xəsarət alan olmayıb, binanın daxilinə ziyan dəyməyib. Binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, ehtiyat tədbiri olaraq küçələr müvəqqəti boşaldılıb.
Milan Prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.