AZ

Ötən 5 ayda qeyri-neft sektoru üzrə ən çox ixrac reallaşdıran şirkətlərin adları açıqlandı

BAKI, 30 iyun. TELEQRAF

Bu ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektləri arasında ən yüksək ixrac göstəricisi Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinə aid olub. Belə ki, dövr ərzində şirkət 184 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"ına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövründə 150,5 milyon ABŞ dolları təşkil edib.

Əlavə olaraq, dövr ərzində “SOCAR Polymer” MMC-nin ixracı 106,7 milyon ABŞ dolları təşkil edib. MKT İstehsalat Kommersiya MMC 56 milyon, “Azəralüminium” MMC isə 49,6 milyon dəyərində məhsul ixracı reallaşdırıb.

“AzerGold" QSC 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə ixracını 48,6 milyon dollar artıraraq 81,9 milyon dollara çatdırıb.

“Azərbaycan Hava Yolları” QSC da ixracını 2 dəfədən çox artırıb. Şirkət dövr ərzində 6,7 milyon dollarlıq ixrac reallaşdırıb.

Bundan əlavə, “Avrora" MMC-nin və “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin də ixrac potensialı olduqca yüksəlib. Belə ki, “Avrora" MMC-nin ixrac gəlirləri təxminən 16 dəfə, “AIMKL”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi isə 4 dəfəyə yaxın artım göstərərək, müvafiq olaraq, 19 milyon və 39,4 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, bu ildən ixracata başlayan Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi 2025-ci ilin yanvar-may aylarında 34,5 milyon dollar, İSTİSU Mineral Su Zavodu isə 366,2 min dollar dəyərində ixrac həyata keçirib.

Seçilən
65
10
teleqraf.com

10Mənbələr