AZ

Qalmaqallı klubun prezidenti qadın oldu

Fransa təmsilçisi “Lion”un yeni prezidenti Mişel Kanq olub.

Publika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

66 yaşlı amerikalı iş qadını (koreya əsilli) 2023-cü ildən etibarən klubun idarə heyətinin üzvü idi. O, bu vəzifədə amerikalı Con Tekstoru əvəz edib. Tekstor eyni zamanda idarə heyətindən də ayrılıb. Kanq “Lion”un tarixində prezident postuna gələn ilk qadın olub.

Klubun yeni baş direktoru vəzifəsinə isə Mihael Gerlinqer təyin olunub. O, 18 il ərzində “Bayern”da çalışıb. Münhen klubundakı son vəzifəsi idman biznesi və yarışlar üzrə vitse-prezident olub.

Xatırladaq ki, Fransa Peşəkar Futbol Liqasının maliyyə nəzarəti və idarəetmə üzrə milli departamenti (DNCG) “Lion”u maliyyə problemlərinə görə Liqa 2-yə göndərmək qərarı vermişdi. Klub bu qərətlə razılaşmayaraq apellyasiya şikayəti təqdim edib.

Seçilən
9
11
publika.az

10Mənbələr