AZ

Britaniya Türkiyəyə qırıcı təyyarələrin satışına ümidlidir

BAKI, 30 iyun. TELEQRAF

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Türkiyəyə "Eurofighter Typhoon" tipli qırıcı təyyarələrin satışı ilə bağlı aparılan danışıqlarda irəliləyişin olduğunu və razılaşmanın uğurla nəticələnəcəyinə inandığını bildirib.

Teleqraf xəbər verir ki, diplomat bunu Ankaraya səfəri ərəfəsində “Hürriyet” qəzetinə açıqlamasında deyib.

"Biz "Eurofighter Typhoon" təyyarələrinin Türkiyəyə mümkün ixracı ilə bağlı irəliləyiş əldə edirik və əminik ki, konsorsiumun bütün dörd tərəfdaşı bu satışa dəstək verəcək", – o qeyd edib.

Devid Lemmi bildirib ki, bu silah müqaviləsi NATO-nun əsas üzvü olan Türkiyə ilə Böyük Britaniya arasında onilliklər boyunca qurulan strateji əməkdaşlığı daha da gücləndirəcək.

"Türkiyə ilə aramızda dərin tarixi və hərbi əlaqələr mövcuddur. "Eurofighter" satışının reallaşması bu dostluğu və müttəfiqliyi bir qədər də möhkəmləndirəcək", – deyə Britaniya XİN rəhbəri əlavə edib.

Seçilən
10
50
teleqraf.com

10Mənbələr