AZ

Ukraynalı jurnalist: Dinc insanlara qarşı terror Rusiya üçün adi hala çevrilib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Kiyev, 29 iyun, AZƏRTAC

Yekaterinburqda azərbaycanlıların qətlə yetirilməsi Rusiya xüsusi xidmət orqanlarının hansı üsullardan istifadə etdiyini açıq şəkildə göstərir. Dinc insanlara qarşı terror, hüquqların pozulması, azadlıqdan məhrumetmə və qətl Rusiya üçün artıq adi hala çevrilib.

Bu fikri AZƏRTAC-a açıqlamasında ukraynalı jurnalist Lesya Kesarçuk Yekaterinburqda azərbaycanlıların evlərində keçirilən reydləri şərh edərkən bildirib.

“Biz Ukraynada hər gün, hər gecə Rusiya hücumlarına məruz qalırıq, günahsız insanlar həlak olur. İndi isə onlar öz radikal metodlarını təkcə ukraynalılara qarşı deyil, digər xalqlara qarşı da tətbiq etməyə başlayıblar. Bütün beynəlxalq konvensiyaları, beynəlxalq hüquqları pozaraq, Azərbaycandan olan iki qardaşı qətlə yetirdilər, digərlərini isə qanunsuz olaraq həbs etdilər. Bu rus vəhşiliyi dünya ictimaiyyəti tərəfindən qətiyyətlə pislənilməlidir.

Mən Azərbaycan xalqı ilə həmrəyəm və hökumətin mövqeyini – Moskvada keçiriləcək iclasda iştirakdan imtinanı, həmçinin Yekaterinburqda azərbaycanlıların saxlanılmasından sonra Rusiya artistlərinin iştirakı ilə nəzərdə tutulan mədəni tədbirlərin ləğvini tam dəstəkləyirəm. Əminəm ki, birlikdə bu imperiya siyasətinin şərini məğlub edə bilərik”, – deyə ukraynalı jurnalist vurğulayıb.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
50
azertag.az

10Mənbələr