Bakı. Trend:
Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və HamitKaplanın xatirə turnirinə yekun vurulub.
Trend xəbər verir ki, ənənəviyarışın son günündə sərbəst güləş üzrə millinin üzvü CəbrayılHacıyev (79 kq) bürünc medal qazanıb.
Bununla da Memorialda qazanılan medalların sayı 8-ə çatıb.Xatırladaq ki, öncəki günlərdə yunan-Roma güləşində Nihad Quluzadə(60 kq) ilə Məhəmməd Şükürzadə (67 kq) gümüş, Laçın Vəliyev (87 kq)bürünc, qadın güləşində Elnurə Məmmədova (53 kq) gümüş, NərgizSəmədova (53 kq) və Birgül Soltanova (62 kq) bürünc, sərbəstgüləşdə isə Ali Tsokayev (86 kq) qızıl medal qazanıb.
Beləliklə, turnirdə 1 qızıl, 3 gümüş və 4 bürünc medal əldəedilib.