Demokrat.az xəbər verir ki, sosial media Yekaterinbuqrdakı son zorakılıqların Rusiya təhlükəsizlik qüvvələri tərəfindən kifayət qədər düşünülmüş, nümayişkaranə şəkildə və kifayət qədər amansızlıqla həyata keçirildiyini yazıb.
O da qeyd olunub ki, Rusiya tərəfi son hadisələrdə həlak olan iki azərbaycanlının ölümündən sonra belə öz “hüquq-mühafizə orqanları əməkdaşlarının hərəkətlərinin qanuniliyi ilə bağlı araşdırma aparmaq” barədə qeyri-müəyyən vədlər belə verməyib: “Ümumiyyətlə, Moskvadan qətl ittihamlarına praktiki olaraq heç bir rəsmi reaksiya yoxdur. Həmçinin Kremlin nəzarətində olan Telegram kanalları şəbəkəsi təhlükəsizlik qüvvələrinin müdafiəsinə qalxaraq, Bakının ünvanına sərt tənqidlər yağdırır”.
“Politika Stranı” Azərbaycana qarşı yönəlmiş bu terrorun səbəblərinə diqqət çəkir. Kanalın fikrincə, birinci səbəb Azərbaycanın “Rusiya Federasiyasından açıq-aşkar uzaqlaşması ilə bağlıdır” və AZAL təyyarəsinin vurulmasından sonra Moskva haqqında sərt bəyanatlar səsləndirilir: “Aydındır ki, bu, Kremlin xoşuna gəlməyəcək. İkincisi, Rusiyada azərbaycanlılar həm biznesdə, həm də kriminal iyerarxiyada çox ciddi mövqelər tuturlar. Bu iki faktı bir araya gətirsək, güman etmək olar ki, Moskva Rusiya Federasiyasında zəngin Azərbaycan diasporunun mövcudluğundan Bakıya təzyiq rıçaqı kimi istifadə etməyə, Azərbaycan hakimiyyətinin mövqeyini düzəltməyə, onları seçim qarşısında qoymağa çalışır: ya kursu dəyişsin, ya da Rusiya Federasiyasındakı ən iri azərbaycanlı iş adamları “dekulatlaşdırılacaq” və onların əmlakı başqalarının əlinə keçəcək. Bu həm də Rusiya Federasiyası daxilindəki Azərbaycan diasporunun nümayəndələrinə Bakıya müəyyən istiqamətdə təsir etmək üçün bir siqnaldır”.
Şərhçilərin fikrincə, Azərbaycan Prezidenti İlham Əliyev “sərt mövqe tutarsa, bu, azərbaycanlı iş adamlarının Rusiya Federasiyasındakı milyardlarla dollar dəyərində aktivlərini əlindən almaq üçün istifadə olunacaq”. O da qeyd olunur ki, 2022-ci ildən sonra Rusiyada Ukraynada genişmiqyaslı müharibənin başlamasından sonra Azərbaycan Rusiya üçün “qeyri-dost ölkələrin” siyahısıba düşüb.
Kanal bundan sonra da azərbaycanlıların sıxışdırılacağını proqnozlaşdırır. Proqnozlar arasında Bakının ortaq logistika marşrutlarından imtina etməsi perspektivi də var: “Lakin burada asılılıq və fayda qarşılıqlıdır və layihələrin pozulmasından kimin daha çox itirəcəyi məlum deyil (məsələn, bu il Bakı-Novorossiysk kəməri ilə ixrac üçün 2,5 milyon ton Azərbaycan neftinin vurulması planlaşdırılır)”.
10Mənbələr
-
news24.azİşgəncə edilən azərbaycanlılar xəstəxanadan evə buraxıldı ( 18746557)
-
news24.azRusiyanın daha bir şəhərində azərbaycanlılara qarşı təqiblər başlayıb ( 18748060)
-
axar.azPutinin əli azərbaycanlıların qanına batıb - AzTV ( 18751021)
-
adalet.az“Guya polisi görəndə qardaşlarımın ürəyi partlayıb” - VİDEO ( 18750973)
-
news365.azYekaterinburqda həmyerlilərimizin öldürülməsi ilə bağlı bəyanat yayıb ( 18750931)
-
xalqqazeti.azSiyasi basqın! ( 18750907)
-
ikisahil.azTürkiyə mediası: Yekaterinburqdakı hadisələr etnik diskriminasiya və şovinizmin təzahürüdür ( 18750904)
-
demokrat.azYekaterinburqda həbs olunan azərbaycanlının vəkili: Müvəkkilimə İstintaq Komitəsində bir neçə saat işgəncə verilib ( 18750901)
-
musavat.comPutinin "vuran əli" niyə azərbaycanlıların qanına bulaşdı? - Rusiyada 1937-ci ildir... - VİDEO ( 18750934)
-
moderator.az"Putinin əli azərbaycanlıların qanına batıb" - VİDEO ( 18750874)