AZ

Cümşüdün öldüyü yolun məsuliyyətini kim daşıyır?

Bir neçə gün öncə “Baksol” yolu ərazisində yolun çökməsi səbəbilə baş verən bədbəxt hadisə ilə bağlı aidiyyəti qurumlar açıqlama veriblər.

Viral.az xəbər verir ki, bədbəxt hadisə ilsə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bildirir ki, hadisə agentliyin xidməti sahəsinə daxil olmayan, piyadalar üçün nəzərdə tutulmuş ərazidə qeydə alınıb:

“Qeyd etmək istərdik ki, Bakı şəhərində yolun hərəkət hissəsindən kənarda yerləşən ərazilər, o cümlədən piyadalar üçün nəzərdə tutulmuş sahələr agentliyin balansında deyil və xidmət göstərdiyimiz sahələrə aid olunmur.

Son Yazılar:

Təəssüf doğuran məqam isə odur ki, bəzi şəxslər hadisənin baş vermə səbəbləri ilə bağlı mütəxəssis rəyi olmadan əsassız iddialar irəli sürərək, hadisəni guya yolun və ya yol infrastrukturu elementlərinin qüsurları ilə əlaqələndirməyə çalışırlar.

Bildirmək istərdik ki, bu kimi hadisələrin yolun konstruktiv quruluşu və ya tikintisi zamanı buraxılmış hər hansı nöqsanla heç bir əlaqəsi yoxdur. Belə halların baş verməsinin əsas səbəbi, yolun altından keçən kommunikasiya xətlərində yaranan texniki nasazlıqlardır. Bu səbəbdən, həmin xətlərdə baş verən nasazlıqların aradan qaldırılması birbaşa olaraq müvafiq sahə üzrə xidmət göstərən aidiyyəti qurumların səlahiyyətindədir”.

Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi isə bildirir ki, hadisənin hansı səbəblərdən baş verməsi haqqında araşdırma aparılır.

Xatırladaq ki, bir neçə gün öncə “Baksol” yolu adlanan ərazidə yolun çökməsi səbəbilə 27 yaşlı Cümşüd Cümşüdlü kanalizasiya quyusuna yıxılıb. Axtarışlardan sonra gəncin meyiti Hövsanda kanalizasiya kollektorundan tapılıb(qafqazinfo).

Seçilən
7
26
viral.az

10Mənbələr