Musavat.com xəbər verir ki, bu barədə senator Lindsi Qrem açıqlama verib.
Onun sözlərinə görə, Tramp administrasiyası Rusiyaya qarşı yeni sanksiyaları əhatə edən qanun layihəsini hazırlamağa başlayıb.
"Prezident Tramp artıq hesab edir ki, Rusiyanın təcavüzkar davranışları, o cümlədən Ukraynadakı müharibə və Qərb ölkələrinə qarşı kiberhücumlar cəzasız qala bilməz. Buna görə də yeni sanksiyalar paketi üzərində iş gedir. Biz iyul ayında bu məsələni Senatda müzakirəyə çıxaracağıq", - deyə Lindsi Qrem bildirib.
Bu, ABŞ Konqresində Rusiyaya qarşı mövcud sanksiyaların daha da sərtləşdirilməsi istiqamətində atılan növbəti addım olacaq. Ekspertlər hesab edir ki, sanksiyaların genişlənməsi Rusiya iqtisadiyyatına əlavə təzyiqlər yaradacaq və Moskvanın beynəlxalq mövqeyini daha da zəiflədəcək.