AZ

“Biz belə siyasəti qətiyyən qəbul etmirik” deputat

ain.az xəbər verir, Xalqcebhesi saytına əsaslanaraq.

“Azərbaycana qarşı qərəzli siyasət aparılır. Bizim həm Qarabağda olan uğurlarımız, həm xarici siyasətdə olan uğurlarımız, apardığımız müstəqil siyasət çox ölkəni, o cümlədən Rusiyanı narahat edir. Bizə qarşı təzyiqlər artırılır”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə söyləyib.

F.İsmayılzadə vurğulayıb ki, biz bunu həm dekabrın 25-də AZAL-ın Bakı-Qroznı marşrutu üzrə uçan təyyarəsinin Qazaxıstanda Aktau aeroportu yaxınlığında vurulmasında, həm Rusiyadan bizə kibertəhlükəsizlik sahəsində olan hücumlarda hiss etmişik: “Digər tərəfdən isə son hadisələr, yəni Rusiyanın Yekaterinburq şəhərində etnik azərbaycanlılara qarşı olan zorakılıq, ayrı-seçkilik bütün bunlar göstərir ki, Azərbaycanın uğurları, inkişafı qısqanclıq yaradır, bizə hərtərəfli təzyiqlər artır. Biz belə siyasəti qətiyyən qəbul etmirik. Azərbaycan öz xarici siyasətində bərabərhüquqlu, ikitərəfli, hörmətli siyasət tərəfdarıdır və əgər belə hadisələr baş verərsə, təbii ki, bu, bizim münasibətlərimizə təsir edəcək. Eyni zamanda, bizim deputat Azər Badamovun Rusiya ərazisinə buraxılmaması da həmin bu siyasətin tərkib hissəsidir. Yəni biz bunu qəti qınayırıq və belə bir siyasəti tənqid edirik. Biz Rusiyadan daha praqmatik, daha hörmətli münasibət gözləyirik”.

Röya İsrafilova

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
50
icma.az

10Mənbələr