AZ

“Turan Tovuz”un yay planı məlum oldu

futbolpress-az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Turan Tovuz”un yay hazırlıq planı bəlli olub.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi  iyulun 1-də Hünər təlim-məşq bazasında çalışmalara start verəcək. Təlim-məşq toplanışının ilk hissəsini Bakıda keçəcək komanda iyulun 6-da Türkiyəyə yola düşəcək. Ankaranın Qızılcahamam bölgəsindəki “Çam Otel”də məskunlaşacaq “Turan Tovuz” iyulun 19-dək məşqlərini burada davam etdirəcək.

Türkiyə toplanışının ikinci mərəhələsi isə Bolu bölgəsində həyata keçiriləcək. “Von Resort Abant” otelində məskunlaşacaq komandanın Bolu toplanışı 24 iyul – 6 avqust tarixləri arasında baş tutacaq. Baş məşqçi Kurban Berdıyev Türkiyə toplanışı çərçivəsində 4 yoxlama görüşündə komandanı sınaqdan keçirəcək. Rəqiblər və oyunların vaxtı məlum deyil.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
14
futbolpress.az

10Mənbələr