AZ

Yekaterinburqda məhkəmə daha bir azərbaycanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxırYenilənib-2

Məhkəmə zalına iş üzrə təqsirləndirilən daha bir şəxs - 1963-cü il təvəllüdlü Akif Səfərov gətirilib.

Rusiya mediasının məlumatına görə, o da digər saxlanılanlar kimi 2000-ci illərin əvvəlində Yekaterinburqda baş vermiş hadisələrlə bağlı şübhəli bilinir.

İstintaq onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldırıb. Məhkəmə iclası qapalı rejimdə keçirilir.

İlkin məlumata görə, A.Səfərov Yekaterinburqda fəaliyyət göstərən “Kaspiy” kafesinin direktorudur. O, evlidir və yetkinlik yaşına çatmış övladları var.

12:31
Rusiyanın Yekaterinburq şəhərində zor tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesində Məzahir Səfərov barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Xezeexeber.az-ın məlumatına görə, o, və daha bir neçə azərbaycanlı sifarişli qətllərdə ittiham olunur. Onlardan bəzilərinin barəsində bu gün qətimkan tədbiri seçiləcək.

Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev və Yekaterinburqdakı Azərbaycan diasporuna rəhbərlik edən “Azərbaycan-Ural” ictimai təşkilatının sədri Şahin Şıxlinski də iştirak edirlər.

Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.


11:43

2000-ci illərin əvvəllərində törədilmiş cinayətdə şübhəli bilinərək iyunun 27-də Yekaterinburqda güc tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlının məhkəmə prosesi başlayıb.

Xezerxeber.az xəbər verir ki, məhkəmə onların barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxır.

İyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı on nəfərdən çox mənzildə keçirilmiş əməliyyat zamanı çoxsaylı şəxslər, o cümlədən Ağdam sakinləri olan Səfərovlar ailəsinin üzvləri saxlanılıb. Əməliyyat nəticəsində iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər xəstəxanaya yerləşdirilib.

İttiham tərəfi iclasın qapalı rejimdə keçirilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edib, bundan sonra jurnalistlər zaldan çıxarılıb.

Saxlanılanların hər biri barəsində qətimkan tədbirinin seçilməsi məsələsi ayrıca baxılır. Məzahir Səfərovun işi üzrə ittiham tərəfi həbs qətimkan tədbirinin seçilməsini tələb edib, vəkil isə ev dustaqlığında israr edib. Səfərov öz vəkilinə bildirib ki, etiraf güc tətbiq edilməklə və təzyiq altında, o cümlədən ailəsinə qarşı hədələr daxil olmaqla alınıb.

Seçilən
0
19
xezerxeber.az

10Mənbələr