AZ

Yekaterinburqda saxlanılan azərbaycanlılardan biri barəsində həbs qətimkan tədbiri seçilib - FOTO


Yekaterinburqda zor tətbiq edilməklə saxlanılan doqquz azərbaycanlı ilə bağlı məhkəmə prosesində Məzahir Səfərov barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

O, və daha bir neçə azərbaycanlı sifarişli qətllərdə ittiham olunur. Onlardan bəzilərinin barəsində bu gün qətimkan tədbiri seçiləcək.

Məhkəmə prosesində Azərbaycanın Yekaterinburqdakı baş konsulunun vəzifəsini icra edən Şöhrət Mustafayev və Yekaterinburqdakı Azərbaycan diasporuna rəhbərlik edən “Azərbaycan-Ural” ictimai təşkilatının sədri Şahin Şıxlinski də iştirak edirlər.

Xatırladaq ki, iyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə keçirilən xüsusi əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlar arasında Ağdamdan olan Səfərovlar ailəsinin üzvləri də var. Əməliyyat zamanı iki qardaş – Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, bir neçə nəfər isə xəstəxanaya yerləşdirilib.

İttiham tərəfi prosesin qapalı rejimdə keçirilməsi barədə vəsatət qaldırıb. Məhkəmə bu vəsatəti təmin edib və bundan sonra jurnalistlər zaldan çıxarılıb.

Saxlanılan hər bir şəxs barəsində qətimkan tədbirinin seçilməsi məsələsi ayrıca müzakirə olunur. Məzahir Səfərovla bağlı işdə ittiham tərəfi onun həbs edilməsini tələb edib, müdafiə tərəfi isə ev dustaqlığına buraxılmasını istəyib. Səfərov vəkilinə bildirib ki, ondan etiraf ifadəsi zor tətbiq edilməklə və ailəsinə təzyiq, hədə-qorxu yolu ilə alınıb.

ZÜMRÜD

Seçilən
0
21
baki-xeber.com

10Mənbələr