Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Əməkdar artist Dilarə Əliyeva qardaşı Vüsal Murtuzəliyevin ağır əməliyyat sonra xəstəxana çıxışında Səhiyyə Nazirliyinə müraciət ünvanlayıb.
AZXEBER.COM xəbər verir ki, aktrisa anevrizma əməliyyatlarının yüksək qiymətinə diqqət çəkərək bildirib:
"Bir kanula 8 min manatdır. Əgər iki kanula istifadə olunursa, bu artıq 16 min manat edir. Maddi səbəbdən müalicə ala bilməyən çox insan var. Bu səbəbdən Səhiyyə Nazirliyinə müraciət edirəm – icbari tibbi sığorta bu əməliyyatları da əhatə etsin. İnsanlar həyatda qalmaq üçün mübarizəni tək aparmamalıdır.”
Aktrisa qardaşının vəziyyətinin indi yaxşı olduğunu və həkimlərə təşəkkür etdiyini də əlavə edib
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.