AZ

Masallıda AİLƏ FACİƏSİ: 4 nəfər gülləndi, qaynana hadisə yerində öldü

İyunun 29-da saat 04 radələrində Masallı rayonu Xoşçobanlı kəndi ərazisində ailə münaqişəsi zəminində qətl törədilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, 1996-cı il təvəllüdlü Kamran Zərbəliyev qayınanası Aybəniz Məmmədovaya, həyat yoldaşı Arzu Zərbəliyevaya, baldızı Aysuna və qohumu Fərman Qarayevə ov tüfəngi ilə xəsarət yetirib.

A.Məmmədova hadisə yerində ölüb, digərləri xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

K.Zərbəliyev polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan cinayətin aləti olan "Lion" markalı ov tüfəngi götürülüb.

Seçilən
0
43
publika.az

10Mənbələr