AZ

AEBA İranın nüvə silahı hazırladığına dair əlamətlər müşahidə etməyib

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin Baş direktoru Rafael Qrossi bildirib ki, təşkilatın mütəxəssisləri İranın nüvə proqramının silah hazırlamaq məqsədi daşıdığına dair birbaşa sübut görməyiblər.

APA xəbər verir ki, bu barədə o, ABŞ-ın "CBS" telekanalına verdiyi müsahibədə danışıb.

“Biz bu proqramın nüvə silahı yaratmağa yönəldiyini müşahidə etməmişik. Amma eyni zamanda, İran hökuməti bizim çox vacib suallarımızdan bəzilərinə cavab verməyib”, – deyə Qrossi vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
50
apa.az

10Mənbələr