BAKI, 29 iyun. TELEQRAF
Daşqınlar nəticəsində son 36 saat ərzində Pakistanın şimalında azı 32 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə “The Guardian” nəşri xəbər yayıb.
Məlumata görə, ölənlər arasında 16 uşaq da var.
“The Guardian” yazır ki, 240 milyondan çox əhalisi olan Pakistan təbii fəlakətlər səbəbindən müntəzəm olaraq kütləvi ölümlərlə üzləşir. 2022-ci ildə ölkədə daşqınlar nəticəsində ən azı 1700 nəfər ölüb.