AZ

"Milan" "Çelsi"nin yarımmüdafiəçisi Andrey Santosla maraqlanır

İtaliyanın “Milan” klubu “Çelsi”nin yarımmüdafiəçisi Andrey Santosu transfer etmək niyyətindədir.

90deqiqe.Az-ın “TEAMtalk”a istinadən məlumatına görə, “rossoneri” əvvəlcə “Bayer”dən Qranit Cakaya və “Brügge”dən Ardon Yaşarini transfer etməyə çalışsa da, uğursuzluqla üzləşib. İtaliya nəhəngi bu səbəbdən braziliyalının transferini nəzərdən keçirir və artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.

Santosun transfer qiyməti təxminən 50 milyon avro qiymətləndirilir ki, bu da klub üçün maliyyə baxımından çətinlik yarada bilər. Lakin icarə formasında transfer variantı da müzakirə olunur. Hazırda rəsmi danışıqlar başlanmayıb.

Komanda 2016-cı ildən bəri ilk dəfə Avrokuboklara vəsiqə qazana bilmədiyindən heyətin yenidən qurulması üzərində işlər davam edir.

2024/2025 mövsümündə Santos 35 oyunda 11 qol vurub, 6 məhsuldar ötürmə edib. O, mövsüm ərzində icarə əsasında "Strasburq"da çıxış edib.

Seçilən
27
16
90deqiqe.az

10Mənbələr