DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirdi ki, Sumqayıt şəhəri Sahil küçəsində 29 yaşlı şəhər sakininin naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi barədə ərazi polis orqanına məlumat daxil olub. Şübhəli şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib. Onun saxlanılması istiqamətində tədbirlər görülür.
Ajans.az xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.