"Biz Trampla görüşə hazırıq. Lakin buna hazırlaşmaq lazımdır".
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Minskdə keçirilən Avrasiya İqtisadi İttifaqı (Aİİ) sammitinin yekunlarına dair çıxışında deyib.
Mən prezident Trampa böyük hörmət bəsləyirəm və hesab edirəm ki, onun Ukraynada sülh yaratma səyləri səmimidir".
Rusiya lideri həmçinin əlavə edib ki, Moskva ilə Vaşinqton arasında iqtisadi əməkdaşlıq sahəsində yaxşı perspektivlər mövcuddur. Onun sözlərinə görə, Amerika biznes dairələri Rusiyaya qayıtmaq istəyini açıq şəkildə göstərir.