AZ

Yevlaxda əməliyyatlar: 20 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı

Bakı, 27 iyun, AZƏRTAC

Yevlaxda əməliyyatlar keçirən polis 20 kiloqram müxtəlif növ narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar qətiyyətlə davam etdirilir. Son ay ərzində keçirilən tədbirlər nəticəsində şübhəli şəxs qismində 16 nəfər saxlanılıb. Onlardan 20 kiloqrama yaxın heroin, metamfetamin, tiryək və marixuana kimi narkotik vasitələr aşkarlanaraq götürülüb. Saxlanılan şəxslərin barəsində cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər biri barəsində həbs qətimkan tədbiri seçilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Seçilən
55
50
azertag.az

10Mənbələr