“Qəbələ” klubu Elvin Yunuszadə ilə yollarını ayırıb.

 Offsideplus.az xəbər verir ki, müdafiəçi ilə 2024/25 mövsümünün sonunda başa çatan müqavilə uzadılmayıb. 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinən Elvin “Qəbələ”də 22 oyun keçirib.

 Qeyd edək ki, "Qəbələ" daha öncə Emil Süleymanov ("Şamaxı", icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçinlə vidalaşıb.