Yaponiyada 2022-ci ildən bəri ilk dəfə ölüm hökmü icra edilib.
Operativ Media xəbər verir ki, bu barədə ölkənin ictimai televiziyası məlumat yayıb.
Bu, həmçinin baş nazir Şiqeru İşiba hökumətinin ədliyyə naziri tərəfindən edam fərmanının imzalandığı ilk haldır. Qeyd edək ki, Yaponiyada ölüm hökmü asılmaqla həyata keçirilir.
Edam edilən şəxs 2021-ci ildə doqquz nəfəri qətlə yetirdiyinə görə ölüm cəzasına məhkum edilmişdi. 34 yaşlı Takahiro Şiraişi sosial şəbəkələr vasitəsilə intihara meyilli yeniyetmə və gəncləri mənzilinə apararaq onları qətlə yetirib.
Ümumilikdə, Yaponiyada müharibədən sonrakı dövrdə 105 cinayətkar edam edilib.