"Partlayışın nədən baş verdiyini demək hələ mümkün deyil".
Moderator.az xəbər verir ki, bunu İctimai Televiziyaya açıqlamasında Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov deyib.
"Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin ekspertləri işləyirlər. Yəqin, səhərə yaxın nəsə biləcəyik. Hər halda olmamalı idi, amma olub", - deyə o bildirib.
***
Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Cəfər Cabbarlı adına kinostudiyanın həyətində baş verən yanğınla bağlı hadisə yerinə gəlib.
Əraziyə baxış keçirən icra başçısı aidiyyəti qurumların rəhbərləri ilə vəziyyəti müzakirə edib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi yanğının artıq söndürüldüyünü, Daxili İşlər Nazirliyi isə xəsarət alan vətəndaşın olmadığını açıqlayıb.