AZ

KİV: Tramp və Netanyahu razılığa gəldi, Qəzzada müharibə dayandırılır

BAKI, 26 iyun. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Yaxın Şərqdəki münaqişəninnizamlanması barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə “İsrail Hayom” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ-nin İrana zərbə endirməsindən dərhal sonra Amerika lideri Donald Tramp, dövlət katibi Marko Rubio, İsrailin Baş naziri Benyamin Netanyahu və strateji işlər naziri Ron Dermer arasında dördtərəfli telefon danışığı olub.

İddia olunur ki, danışıqlar zamanı Tramp və Netanyahu beş bəndlik fəaliyyət planı üzərində razılığa gəliblər.

Amerika liderinin və İsrail dövlət başçısının planına görə, Qəzza zolağında müharibə iki həftə ərzində başa çatmalıdır.

Planda HƏMAS rəhbərllərinin üçüncü ölkələrə deportasiya edilməsi və girovların azad olunması nəzərdə tutulur.

İsrail və ABŞ liderləri qərara gəliblər ki, bir neçə ölkə Qəzza sakinlərini qəbul edəcək.

Seçilən
83
50
teleqraf.com

10Mənbələr